"Embafinans" BOKT-un sədri dəyişib
Maliyyə
- 09 sentyabr, 2022
- 10:47
"Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin (İH) sədri Samir İsgəndərov işdən çıxıb.
"Report" xəbər verir ki, o, "Optimal Finance" MMC BOKT-un Müşahidə Şurasının sədri vəzifəsinə təyinat alıb.
"Embafinans"a rəhbərlik isə İH-nin üzvü Cavid Bağırova həvalə edilib.
Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Milli Məclisin üzvü Məşhur Məmmədova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.
“Optimal Finance" isə 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri 70% payla "Azfinance İnvestisiya Şirkəti" QSC, 15% payla Elçin Əsgərli, 9% payla Fərid Eynullayev və 6% payla Yusif İbrahimovdur.
Son xəbərlər
17:16
Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
Analitika17:16
Hövsanda su kəsiləcək
İnfrastruktur17:16
Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib
Energetika17:15
Foto
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Əncir festivalı" keçirilib
İncəsənət17:10
Azərbaycan telekommunikasiya avadanlığı ixracından gəlirini kəskin artırıb
İKT17:10
Bredli Barkolanın "Liverpul"a keçidi rəsmiləşib
Futbol17:09
Foto
Video
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB-2
Xarici siyasət17:05
AAYDA hərəkət iştirakçılarına müraciət edib
İnfrastruktur17:03