“Embafinans” BOKT-un öhdəlikləri 48 % artıb

Maliyyə
  • 21 may, 2024
  • 12:02
“Embafinans” BOKT-un öhdəlikləri 48 % artıb

“Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 5,325 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 68 % çoxdur.

Ötən il “Embafinans”ın vergiyəqədərki mənfəəti 6,106 milyon manat (əvvəlki ilə nisbətən 49,1 % çox), mənfəət vergisi ödəmələri isə 780 min manat (15,5 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Embafinans”ın aktivləri 58,634 milyon manat olub ki, bu da illik müqayisədə 35,3 % çoxdur. Bunun 51,380 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 18,6 % böyüyüb.

Hesabat dövründə “Embafinans”ın öhdəlikləri 47,9 % artaraq 40,040 milyon manata, balans kapitalı isə 14,3 % artaraq 18,594 milyon manata çatıb.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un səhmlərinin 86 %-i Elşad Abbasova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.

44 filmi