"Embafinans” BOKT-un istiqrazlarına 2 investor maraq göstərib

Maliyyə
  • 13 dekabr, 2023
  • 11:23
Embafinans” BOKT-un istiqrazlarına 2 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqraz standard bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 2 investor 1 milyon manatlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.