Əmanətlərin Sığortalanması Fondu mənfəətini artırıb
- 04 mart, 2024
- 14:28
2023-cü il yanvarın 1-nə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) cəmi aktivləri 566,5 milyon manat təşkil edib.
“Report” ƏSF-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci il yanvarın 1-nə nisbətən 14 % çoxdur.
ƏSF-nin aktivlərinin 455,84 milyon manatı dövlət vekselləridir. Bu, illik müqayisədə 0,1 % çoxdur.
2022-ci ildə ƏSF-nin cəmi öhdəlikləri 11,3 % azalaraq 293,106 milyon manata, o cümlədən kompensasiya ödənişləri üzrə öhdəlikləri 25 % azalaraq 22,585 milyon manata düşüb, cəmi kapitalı isə 64,4 % artaraq 273,393 milyon manata çatıb.
ƏSF 2022-ci ili 107,139 milyon manat mənfəətlə başa vurub. Bu, 2021-ci ilə nisbətən 2,5 % çoxdur.
ƏSF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.