Əmanətlərin Sığortalanması Fondu daha bir bankın ləğvedicisi təyin olunub

Əmanətlərin Sığortalanması Fondu daha bir bankın ləğvedicisi təyin olunub Ləğvedici bankın kreditor və borclularına xəbərdarlıq edib
Maliyyə
243
30 Sentyabr , 2016 17:11
Əmanətlərin Sığortalanması Fondu daha bir bankın ləğvedicisi təyin olunub

Bakı. 30 sentyabr. REPORT.AZ/ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan “Royal Bank” ASC-nin ləğvedicisi “Azerbaijan International Consulting Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.

"Report"un fonda istinadən verdiyi xəbərə görə, ləğv prosesində olan “Royal Bank” ASC-yə borcu olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.

Qeyd edək ki, fond həmçinin "Bank of Azerbaijan", "Atrabank", "Qafqaz İnkişaf Bankı", "Texnikabank", "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank"ın ləğvedicisidir. 

Son xəbərlər

Orphus sistemi