Elmir Həbibullayev: "Yaxında Azərbaycanda "Apple Pay" sistemi tətbiq ediləcək"

Elmir Həbibullayev: "Yaxında Azərbaycanda "Apple Pay" sistemi tətbiq ediləcək" "Azərbaycan Beynəlxalq Bankı və bir neçə bank ölkədə NFC texnologiyalarını tətbiq edir"
Maliyyə
184
2 İyun , 2021 13:38
Elmir Həbibullayev: Yaxında Azərbaycanda Apple Pay sistemi tətbiq ediləcək

"Azərbaycan Beynəlxalq Bankı və bir neçə bank ölkədə NFC texnologiyalarını tətbiq edir".

"Report" xəbər verir, bunu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev deyib.

O bildirib ki, NFC sisteminin tətbiqi çərçivəsində smartfon və üzük vasitəsilə ödəniş həyata keçirmək mümkündür: "Yaxın zamanlarda Azərbaycanda "Apple Pay" sistemi tətbiq ediləcək. Bunların hər biri vasitəsilə artıq Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən vəsait çıxarmaq mümkün olacaq. Yəni, artıq ATM-lərdən kartsız istifadə ediləcək. Hesab edirəm ki, bu, ölkədə nağdsız ödənişlərin inkişafında böyük addımdır".

Qeyd edək ki, əvvəllər də “Visa” şirkəti Azərbaycanda “Paypal”, “Google Pay", “Apple Pay”, “Samsung Pay” kimi beynəlxalq ödəniş sistemlərinin fəaliyyəti üçün müəyyən dəstək göstərib. Adıçəkilən ödəmə sistemlərindən yalnız “Paypal”ın ölkəmizdə birtərəfli fəaliyyəti mövcuddur. Yəni Azərbaycanda olan plastik kart istifadəçisi bu sistem vasitəsindən istifadə edərək ödəniş edə bilərlər. Amma geri ödəmə mümkün deyil.

NFC texnologiyası məlumatın təmassız ötürülməsinə əsaslanır. NFC dəstəkləyən mobil telefon, “ağıllı” saat və ya ödəniş üzüyünü avtobuslarda quraşdırılan terminala yaxınlaşdırmaqla ödəniş etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi