Elman Rüstəmov: “Sığorta bazarında ciddi problem hiss etməmişik”
Maliyyə
- 09 fevral, 2020
- 07:30
"Bu il sığorta bazarında əhəmiyyətli canlanma olmasına çalışacağıq".
"Report" xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səs verən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, əsas məqsəd həm əhalinin, həm də biznesin risklərinin sığortalanmasını əhatə etməkdir: “Bu da sığorta bazarının genişlənməsinə, risklərin azalmasına gətirib çıxardacaq. Dövlətin qoyduğu əsas şərt budur ki, sığorta şirkətləri problemlərini özləri həll etsin və dövlətin üzərinə yükləməsin. Hələ ki, sığorta şirkətlərində qiymətləndirmələrə başlamamışıq, yaxın vaxtlarda başlayacağıq. Ümumilikdə, sığorta sahəsində sabitlikdir. Ola bilər ki, nöqtəvi problemlər olsun, lakin ciddi problem hiss etməmişik”.
Son xəbərlər
12:14
Rusiyanın Ukraynaya hücumu zamanı Moldova ərazisinə 5 dron düşüb
Digər ölkələr12:12
Sabahdan universitetlərə qeydiyyat başlayır: proses yalnız my.gov.az üzərindən aparılacaq
Sosial müdafiə12:11
Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlar açıqlanıb
Elm və təhsil12:01
Litva XİN-in binasında yanğın baş verib
Digər ölkələr11:57
Hindistanda təyyarə qəzaya uğrayıb
Digər ölkələr11:52
Foto
Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb
Biznes11:40
Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib
Region11:34
Voleybol üzrə İtaliya və Almaniya yığmaları bir setdə xal rekordu müəyyənləşdiriblər
Komanda11:32