Elman Rüstəmov: "Manatın ucuzlaşması üçün fundamental amil görmürük"

Elman Rüstəmov: "Manatın ucuzlaşması üçün fundamental amil görmürük" "Maliyyə vasitəçiliyinin bərpası istiqamətində problemlər var"
Maliyyə
9 Aprel , 2018 15:23
Elman Rüstəmov: Manatın ucuzlaşması üçün fundamental amil görmürük
Elman Rüstəmov

Bakı. 9 aprel. REPORT.AZ/ "Azərbaycan manatının ucuzlaşması üçün heç bir fundamental amil görmürük". 

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. 

Onun sözlərinə görə, bir ildən çoxdur ki, milli valyutanın məzənnəsi sabitdir, əhali və real sektorda məzənnə dəyişikliyi gözləntiləri azalıb.

Bunda başqa, E.Rüstəmov qeyd edib ki, Azərbaycanda kredit faizlərinin səviyyəsini təkcə uçot dərəcəsi müəyyən etmir: "Uçot dərəcəsi siqnal rolunu oynayır. Bu effektin iqtisadiyyata ötürüləcəyini gözləyirik. Bütövlükdə maliyyə vasitəçiliyinin bərpası istiqamətində problemlər var. Bu da təkcə pulun dəyəri ilə ölçülmür. Faizlərin azalmasını istəyiriksə, bu ekosistemdə problemləri həll etməliyik".

Son xəbərlər

Orphus sistemi