Elman Rüstəmov: "İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük"

Elman Rüstəmov: "İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük" AMB faktiki olaraq daraltdığı pul kütləsini yenidən iqtisadiyyata qaytarır
Maliyyə
30 May , 2017 11:47
Elman Rüstəmov: İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük
Report.az

Bakı. 30 may. REPORT.AZ/ "İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük". “Report”un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, bugünkü iqtisadi çərçivə bunu deməyə əsas verir. Sədr deyib ki, Azərbaycan Beynəlxalq Bankının xarici borcunun restrukturizasiya planının manatın möhkəmlənməsinə təsiri yoxdur: "Restrukturizasiya planında bütün mümkün variantları nəzərə almışıq".

E.Rüstəmov keçirilən valyuta hərraclarının sayında da azalma olmayacağını deyib: "İlin əvvəlindən depozit və not portfelində hər hansı dəyişiklik yoxdur. Faktiki olaraq ilin əvvəlindən pul siyasətini daraltmamışıq. Faktiki daraltdığımız 800 mln. manata yaxın vəsaiti iqtisadiyyata qaytarırıq".

Son xəbərlər

Orphus sistemi