Elman Rüstəmov: “Bu il Azərbaycanın tədiyyə balansının tarazlığı qorunub”

Elman Rüstəmov: “Bu il Azərbaycanın tədiyyə balansının tarazlığı qorunub” “2020-ci ildə dünya bazarında neft qiymətləri dəyişkənlik nümayiş etdirdə də, Azərbaycanın tədiyyə balansının tarazlığı qorunub”.
Maliyyə
24 Dekabr , 2020 12:16
Elman Rüstəmov: “Bu il Azərbaycanın tədiyyə balansının tarazlığı qorunub”
Elman Rüstəmov

“2020-ci ildə dünya bazarında neft qiymətləri dəyişkənlik nümayiş etdirdə də, Azərbaycanın tədiyyə balansının tarazlığı qorunub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“Ölkənin valyuta ehtiyyatları sabit qalıb, hazırda 50 milyard ABŞ dolları səviyyəsindədir. İl ərzində neftin əhəmiyyətli ucuzlaşması valyuta bazarında təşviş yaratsa da, həyata keçirilmiş tədbirlər nəticəsində manatın məzənnəsinin sabitliyi təmin edilib”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi