Əli Əsədov: "Gələn ilin büdcəsində hazırkı dövrün reallıqları əks olunub"

Əli Əsədov: "Gələn ilin büdcəsində hazırkı dövrün reallıqları əks olunub" Dövlət büdcəsi illik maliyyə planı olmaqla yanaşı iqtisadiyyatın güzgüsü hesab edilir. Gələn ilin büdcəsində hazırki dövrün reallıqları, problemləri və çağırışları əks olunub.
Maliyyə
9 Dekabr , 2022 11:59
Əli Əsədov: Gələn ilin büdcəsində hazırkı dövrün reallıqları əks olunub
Əli Əsədov

Dövlət büdcəsi illik maliyyə planı olmaqla yanaşı, iqtisadiyyatın güzgüsü hesab edilir. Gələn ilin büdcəsində hazırkı dövrün reallıqları, problemləri və çağırışları əks olunub.

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Ölkədə əsas cari təlabatın ödənilməsi, gələcək inkişaf üçün zəmin yaradılması, sosial-iqtisadi büdcədə ehtiyac və imkanların düzgün balanslaşdırılması təmin edilməlidir. Dövlət büdcəsinin tərtibi zamanı biz makroiqtisadi maliyyə sabitliyini, strateji valyuta ehtiyatlarının qorunmasını diqqət mərkəzində saxlayırıq", - o deyib.

"Son vaxtlar müşahidə olunan beynəlxalq səviyyəli gərginlik, qlobal istehsal zəncirindəki qırılma və digər məsələlər dünyada ərzağın bahalaşmasına, ərzaq qıtlığına səbəb olub. Yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzüllə üz-üzə qoyur. Hər kəsə bəllidir ki, dünya fevraldan əvvəlki vəziyyətə bir də qayıtmayacaq", - Ə.Əsədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi