"AccessBank" QSC-də yeni struktur dəyişiklikləri baş verib.
İyunun 1-dən Elgin Cümşüdov Bankın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib.
E.Cümşüdovun "AccessBank"da 20 illik peşəkar iş təcrübəsi var. O, bundan əvvəl Kredit Back Office Departamentinin rəhbəri, Qeyri-Kredit Məhsulları və Bank Xidmətləri üzrə Direktor vəzifələrində çalışıb. Ardınca isə Pərakəndə Bankçılıq Departamentinin rəhbər müavini, son təyinata qədər isə həmin Departamentin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
E.Cümşüdov bakalavr təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
*AccessBank" Azərbaycan Mərkəzi Bankınımn verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.