Ekspert: Yaxın gələcəkdə səhm qiymətləri artacaq

Ekspert: Yaxın gələcəkdə səhm qiymətləri artacaq Hesabat: Hazırda ən riskli Avstraliya, London, Honkonq, İsveç və Norveçin daşınmaz əmlak bazarlarıdır
Maliyyə
113
19 Yanvar , 2018 20:41
Ekspert: Yaxın gələcəkdə səhm qiymətləri artacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu il qlobal səhm bazarında 2008-ci ildən indiyədək ən önəmli il olacaq və rekord həddə çatacaq.

“Report” bu barədə "Saxo Bank"ın 2018-ci ilin I rübü üçün dünya bazarı üzrə açıqladığı proqnozlara istinadən xəbər verir.

Bankın səhm bazarında strategiya şöbəsinin rəhbəri Piter Qarnri bildirib ki, səhm kotirovkalarının sabit dinamikasına və bazarın optimist əlamətlərinə əsasən, I rübdə yaxşı gəlirə ümid etmək olar: “Bununla əlaqədar güman edirik ki, yaxın gələcəkdə səhm kotirovkaları artacaq. Ancaq I rübün ikinci yarısında makroiqtisadi göstəricilər və gözləntilər arasında fərq bu vəziyyəti dəyişdirəcək və səhm bazarının 7%-dən çox korreksiyasına səbəb olacaq”.

Proqnozlarda qeyd olunub ki, hazırda ən riskli daşınmaz əmlak bazarları Avstraliya, London, Honkonq, İsveç və Norveçə məxsusdur.

“Dünya maliyyə böhranına baxmayaraq, daşınmaz əmlak qiymətləri bu 5 bölgədə artmağa davam edib. 2007-ci ildən etibarən artım tempi olduqca kəskindir. Bu göstərici London və yaxın ərazilərdə 45%, Honkonqda 200%-ə çatır. Uzunmüddətli perspektivdə Norveç bazarı daha çox riskli hesab olunur. Daşınmaz əmlak bazarında korreksiya iqtisadiyyata zəncirvari təsir edəcək və kreditləşməni və artımı dayandıracaq”, - deyə P.Qarnri əlavə edib.

Son xəbərlər

Orphus sistemi