Ekspert: "Rəqəmsal manat "kölgə iqtisadiyyatı" ilə mübarizəyə imkan verəcək"

Ekspert: "Rəqəmsal manat "kölgə iqtisadiyyatı" ilə mübarizəyə imkan verəcək" "Azərbaycanda rəqəmsal manatın yaradılması "kölgə iqtisadiyyatı"yla ilə mübarizə aparmağa imkan verəcək".
Maliyyə
29 Sentyabr , 2022 14:03
Ekspert: Rəqəmsal manat kölgə iqtisadiyyatı ilə mübarizəyə imkan verəcək

"Azərbaycanda rəqəmsal manatın yaradılması "kölgə iqtisadiyyatı" ilə mübarizə aparmağa imkan verəcək".

"Report" xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda çıxış edən iş adamı, "rəqəmsal manat" layihəsinin icrasında iştirak edən şirkətin rəhbəri Telman Axundov deyib.

"Rəqəmsal manat "private Blockchain" üzərində qurulacaq, onlayn və oflayn ödənişlərə, həmçinin sürətli pul köçürmələrinə şərait yaradacaq. Bundan əlavə, vergi, gömrük və digər dövlət ödənişlərini, həmçinin kreditləşməni asanlaşdıracaq", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən rəqəmsal manat konsepsiyası hazırlanır. Mərkəzi Bank bu prosesdə xarici mərkəzi bankların təcrübəsindən istifadə edir.

Son xəbərlər

Orphus sistemi