Ekspert: “Müharibə vaxtı IPO etmək səmərəli nəticə vermir”

Maliyyə
  • 16 noyabr, 2022
  • 09:48
Ekspert: “Müharibə vaxtı IPO etmək səmərəli nəticə vermir”

“Yaşı 40-dan az olan biznesmenlər IPO etmək barəsində düşünürlər və bizə tez-tez müraciət edirlər".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda ölkənin investisiya şirkətlərindən birinin direktoru İntiqam Səfərliyev deyib.

Bununla belə, onun sözlərinə görə, bəzən biznes kifayət qədər kiçik olur və onunla IPO etmək mümkün deyil: "Əksər şirkətlər buna böyüdükdən sonra gedir. Lazımi məqam ondan ibarətdir ki, IPO bir gündə baş verən hadisə deyil. Biz buna bir şirkətin toyu kimi yanaşmalıyıq. Yəni ki, uzun müddət ona hazırlaşılır və bir günə toy baş verir. Bu hazırlaşmaq prosesinə biz "IPO ready" deyirik və bu da hardasa 6 ay çəkir. Biz bu müddətdə şirkəti hazırlamalıyıq. Maliyyə hesaabatı, hesabatlılıq dövrü və s. IPO edilmə vaxtını da düzgün seçmək lazımdır. Dünyada müharibə gedən vaxt IPO etmək səmərəli nəticə vermir. Amma şirkətlər bununla ciddi maraqlanırlar və düşünürəm ki, vergi güzəştləri böyük şirkətləri bu sahəyə gətirəcək. Çünki şirkət IPO etsə eyni işi görən digər şirkətdən iki dəfə az vergi ödəyir. Məncə, dövlətin bu motivasiya sistemi növbəti illərdə bu mövzunu aktual edəcək”, - o qeyd edib.