Ekspert: "ABŞ dollarının süqut edəcəyi gün uzaqda deyil"

Ekspert: "ABŞ dollarının süqut edəcəyi gün uzaqda deyil" ABŞ-ın dünya iqtisadiyyatındakı rolunun azalacağı, ABŞ dollarının süqut edəcəyi gün uzaqda deyil.
Maliyyə
13 İyun , 2020 15:11
Ekspert: ABŞ dollarının süqut edəcəyi gün uzaqda deyil
Report

"ABŞ-ın dünya iqtisadiyyatındakı rolunun azalacağı, ABŞ dollarının süqut edəcəyi gün uzaqda deyil".

“Report” "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Yel Universitetinin nəzdindəki “Jackson Institute of Global Affairs” araşdırma mərkəzinin baş elmi işçisi Stiven Rouç deyib. 

Onun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyası  ABŞ iqtisadiyyatının zəifləməsinə səbəb olub. Bu isə dolların malik olduğu imtiyazlarının əldən çıxması ilə nəticələnəcək. 

Ekspertin fikrincə, valyuta bazarındakı balans hər an dəyişə bilər və dolların çöküşü gələn il, ABŞ prezidenti Donald Trampın həyata keçirdiyi siyasət fonunda baş verəcək və ABŞ-ın milli valyutası təxminən 35% dəyər itirəcək. 

Son xəbərlər

Orphus sistemi