"Ekolizinq"in istiqrazlarına 2 investor maraq göstərib
- 29 may, 2024
- 13:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Ekolizinq" MMC-nin 250 min ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 250 ədəd istiqraz standard bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 2 investor 250 min dollarlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ nvestisiya Şirkəti” QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.