Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası olacaq

Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası olacaq Sabah saat 16:30-da biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası keçiriləcək.
Maliyyə
19 May , 2022 15:06
Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası olacaq

Sabah saat 16:30-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası keçiriləcək.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iclas “Webex” onlayn platforması vasitəsilə baş tutacaq. 

Məlumata görə, iclasda işçi qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosasiya nümayəndələrinin iştirakı nəzərdə tutulub. İclas işçi qrupunun 2022-ci il üzrə təsdiq olunmuş fəaliyyət planının müzakirəsinə həsr olunacaq, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, təbii resursların effektiv idarə edilməsi kimi məsələlər əsas müzakirə mövzusu olacaq. İclasda effektiv idarəetmə və makroiqtisadi göstəricilər sahəsində ölkənin mövqeyinin yaxşılaşdırılması üçün görülməli işlər ətrafında fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi