"Effektinvest” BOKT-un istiqrazlarına 4 investor maraq göstərib

Maliyyə
  • 15 may, 2024
  • 15:55
Effektinvest” BOKT-un istiqrazlarına 4 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Effektinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz standard bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 4 investor 500 min manatlıq 4 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.