“Effektinvest” BOKT ötən ili mənfəətlə başa vurub
- 08 iyun, 2023
- 06:54
“Effektinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 3 min manat mənfəətlə başa vurub. BOKT 2021-ci ildən 3 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Effektinvest”in aktivləri 1,461 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % azdır. Bunun 968 min manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 0,3 % böyüyüb.
Hesabat dövründə “Effektinvest”in öhdəlikləri 5,5% azalaraq 624 min manata düşüb, balans kapitalı isə dəyişməyərək 837 min manat qalıb.
Xatırladaq ki, “Effektinvest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 810 min manatdır. BOKT-un təsisçiləri 59,9% payla Zülfüqar Niftiyev, 38,3% payla İradə Hacıyeva və 1,8% payla Elçin Niftiyevdir (direktor).