“Effektinvest” BOKT-nin aktivləri 96% artıb

“Effektinvest” BOKT-nin aktivləri 96% artıb “Effektinvest MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 95,8% artaraq 5,014 milyon manat təşkil edib.
Maliyyə
7 Sentyabr , 2019 15:36
“Effektinvest” BOKT-nin aktivləri 96% artıb

“Effektinvest" MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 95,8% artaraq 5,014 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Effektinvest"in müştərilərə verdiyi xalis kreditlər isə 2,3 dəfə artaraq 4,202 milyon manat olub.

Hesabat dövründə "Effektinvest"in cəmi öhdəlikləri 2,3 dəfə artaraq 4,138 milyon manata, cəmi kapitalı isə 12% artaraq 876 min manata çatıb.

“Effektinvest” 2018-ci ili 29 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 155 min manat zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi