“Effektinvest” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Effektinvest” BOKT maliyyə vəziyyətini açıqlayıb “Effektinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 6 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
19 İyun , 2020 15:18
“Effektinvest” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Effektinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 6 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 79,3% azdır.

Ötən il “Effektinvest”in vergiyəqədərki mənfəəti 8 min manat (əvvəlki ilə nisbətən 77,8% az), mənfəət vergisi ödəmələri isə 2 min manat (71,4% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Effektinvest”in aktivləri 3,6 milyon manat olub ki, bu da illik müqayisədə 28,2% azdır. Bunun 2,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 33% kiçilib.

Hesabat dövründə “Effektinvest”in öhdəlikləri 33,8% azalaraq 2,7 milyon manata, balans kapitalı isə 1,4% azalaraq 864 min manata düşüb.

Xatırladaq ki, “Effektinvest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 810 min manatdır.

Son xəbərlər

Orphus sistemi