ECB-nin qərarı avronu möhkəmləndirə bilər

ECB-nin qərarı avronu möhkəmləndirə bilər ECB-nin mart ayından etibarən monetar stimullaşdırmanı azaltması gözlənilir
Maliyyə
5 Dekabr , 2016 16:40
ECB-nin qərarı avronu möhkəmləndirə bilər

Bakı. 5 dekabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) dekabrın 8-də keçirəcəyi bu ilin son iclasında pul-kredit siyasətini dəyişməyəcəyi, amma monetar stimullaşdırmanı sonlandıracağı barədə fikirlər səsləndirəcəyi bildirilir. 

"Report" xəbər verir ki, avrozonada inflyasiyanın sürətlənməsi, iqtisadi artım tempinin yüksəlməsi gələn il stimullaşdırmanı azaldacağı ilə bağlı ehtimalları artırıb. Qeyd edək ki, formal olaraq ECB-nin monetar stimullaşdırma proqramının 2017-ci ilin mart ayında bitməsi nəzərdə tutulub. Son açıqlamaları nəzərə almaqla, onun vaxtının uzadılması gözlənilmir.

Fransanın "Societe General" bankının iqtisadçısı Anatoliy Annenkova görə, mart ayına avrozonada inflyasiya 1%-i ötəcək, monetar stimullaşdırmanın isə 2018-ci ilin yanvar ayına qədər hər iclasda 10 mlrd. azaldılması proqnozlaşdırılır. Xatırladaq ki, ECB rəhbəri Mario Dragi noyabrda Brüsseldə Avroparlamentdə çıxışı zamanı aşağı uçot dərəcəsinin maliyyə bazarları üçün risk yaratdığını bildirib.

"Report"un analitik qrupu bildirir ki, dekabrın 8-də ECB-nin iclasından sonra, dekabrın 13-14-də Federal Ehtiyat Sisteminin (FES) keçirəcəyi iclasda uçot dərəcəsinin artırılması gözlənilir. Bu da dolların avro ilə müqayisədə güclənməsinəı gətirib çıxarıb. Məhz bu səbəbdən ECB-nin iclasında monetar stimullaşdırmanın azaldılaraq avroya dəstək veriləcəyi istisna edilmir. Analitik qrup yaxın aylarda USD/EUR məzənnəsinin 1,04-1,08 diapazonunda qalacağını gözləyir. ABŞ-da uçot dərəcəsinin artırılması və ECB-nin stimullaşdırmanı azaltması maliyyə bazarlarında likvidliyi ciddi şəkildə azaldaraq böhran yaratması da istisna edilmir.

Son xəbərlər

Orphus sistemi