Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ötən il Azərbaycanda 8 layihəyə 34 milyon avro investisiya yatırıb.
“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 2 layihə və 2 dəfə çoxdur.
Qeyd edək ki, EBRD-inin Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı yenidən artaraq 2015-2017-ci illərdəki (hər il 9 layihə) göstəriciyə yaxınlaşıb.
Xatırladaq ki, EBRD bu günə qədər Azərbaycanda 178 layihəyə ümumilikdə 3,305 milyard avro investisiya yatırıb. EBRD-nin investisiya portfelində özəl sektorun payı 12 %-dir.
Hazırda EBRD-inin Azərbaycan üzrə portfelində 34 aktiv layihə var. Bu layihələr üzrə portfel isə 801 milyon avro təşkil edir. Bunun 88 %-i və ya 709 milyon avrosu infrastruktur layihələrinə, 9 %-i və ya 73 milyon avrosu sənaye, ticarət və aqrobiznesə, 3 %-i və ya 20 milyon avro isə maliyyə institutlarının payına düşüb
EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.