EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 4% azalıb

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 4% azalıb Bu rəqəm iyunun 1-nə 592 mln. avro təşkil edib
Maliyyə
29 İyun , 2017 15:05
EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 4% azalıb

Bakı. 29 iyun. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi bu ilin aprel-may ayları ərzində 57 mln. avro və yaxud 2,2% azalaraq iyunun 1-nə 2,52 mlrd. avro təşkil edib. 

“Report”un məlumatına görə, hazırda verilmiş borclarda özəl sektorun payı 51% olaraq qalır. 

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı da dəyişməyib və 161-dir.

2 ay ərzində Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 40 mln. avro və yaxud 2,1% azalaraq 1,87 mlrd. avroya düşüb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 24 mln. avro və yaxud 3,9% azalaraq 592 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 39 mln. avro yaxud 4,5% azalaraq 873 mln. avroya düşüb.

Qeyd edək ki, EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində dəyişiklik yoxdur və hazırda Bank Azərbaycanda 54 aktiv layihədən ibarət portfelə malikdir.

Son xəbərlər

Orphus sistemi