EBRD-nin Azərbaycandakı cari layihə portfeli 56% artıb

EBRD-nin Azərbaycandakı cari layihə portfeli 56% artıb Bakı. 8 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 462 mln. avro və yaxud 19,15% artaraq noyabrın 1-nə 2,875 mlrd. avro təşkil edib.
Maliyyə
8 Dekabr , 2017 11:15
EBRD-nin Azərbaycandakı cari layihə portfeli 56% artıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 462 mln. avro və yaxud 19,15% artaraq noyabrın 1-nə 2,875 mlrd. avro təşkil edib.

“Report”un məlumatına görə, verilmiş borclarda özəl sektorun payı 17 faiz bəndi azalaraq 49%-dən 32%-ə düşüb.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 1 vahid artaraq 163 olub.

Oktyabrda Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 37 mln. avro və yaxud 2,01% artaraq 1,878 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 18 mln. avro və yaxud 3,13% artaraq 593 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 439 mln. avro, yaxud 55,85% (1,56 dəfə) artaraq 1 225 mln. avroya bərabər olub.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də artım qeydə alınıb. Belə ki, bu layihələrin sayı 1 ədəd və yaxud 2,04% artaraq 50-yə çatıb.

Bankın Azərbaycandakı portfelində səhm payı 1 faiz bəndi azalaraq 2% olub.

EBRD-nin cari portfelinin 62%-i yaxud 754 mln. avroluq hissəsi enerji, 29%-i yaxud 360 mln. avroluq hissəsi infrastruktur, 5%-i yaxud 62 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 49 mln. avroluq yaxud 4%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.

Beləliklə, cari investisiya portfelində enerji sektorunun payı 21 faiz bəndi, sənaye, kommersiya və aqrobiznes sahələrinin payı 3 faiz bəndi, maliyyə institutlarının payı isə 2 faiz bəndi artıb, infrastruktur sektorunun payı isə 16 faiz bəndi azalıb.

Son xəbərlər

Orphus sistemi