EBRD "IT HUB Azerbaijan" layihəsinə investisiyalarının həcmini açıqlayıb

EBRD "IT HUB Azerbaijan" layihəsinə investisiyalarının həcmini açıqlayıb "IT HUB Azerbaijan" layihəsinin reallaşmasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən 300 min ABŞ dolları ayrılacaq.
Maliyyə
7 Fevral , 2023 13:12
EBRD IT HUB Azerbaijan layihəsinə investisiyalarının həcmini açıqlayıb

"IT HUB Azerbaijan" layihəsinin reallaşmasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən 300 min ABŞ dolları ayrılacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bankın Bakı ofisinin rəhbəri Kamola Mahmudova deyib.

Onun sözlərinə görə, layihəyə 80 iştirakçının cəlbi nəzərdə tutulub: "Bunların 50 %-i Naxçıvanın, 50 %-i isə digər regionların payına düşür. Belə bir layihənin Bakı şəhərində də həyata keçirilib-keçirilməyəcəyi layihə başa çatdıqdan sonra məlum olacaq".

Qeyd edək ki, "IT Hub Azerbaijan" layihəsinə bu gün Azərbaycanda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və "StrategEast" müəssisəsinin birgə əməkdaşlığı ilə start verilib.

Son xəbərlər

Orphus sistemi