EBRD Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satıcısını maliyyələşdirir

EBRD Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satıcısını maliyyələşdirir Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Optimal Elektroniks” MMC-yə 11,5 milyon avro ekvivalentində yerli valyutada kredit ayıracaq.
Maliyyə
23 Yanvar , 2020 16:38
EBRD Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satıcısını maliyyələşdirir

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Optimal Elektroniks” MMC-yə 11,5 milyon avro ekvivalentində yerli valyutada kredit ayıracaq.

Bu barədə “Report”a EBRD-dən məlumat verilib.

Məlumatda deyilir ki, “Optimal Elektroniks” kredit vəsaitini maddi aktivlərin və proqram təminatının alınmasına sərf edəcək.

1997-ci ildən fəaliyyət göstərən və bazarda aparıcı şirkətlərdən biri olan Optimal Elektronika hazırda ölkə üzrə 79 satış mağazası ilə müştərilərə xidmət göstərir.

Bank tərəfindən ayrılan vəsait yeni inzibati binanın və anbarın tikintisi, resursların planlaşdırılması üzrə SAP proqram təminatının alınması və qısamüddətli bank kreditlərinin yenidən maliyyələşdirilməsi üçün istifadə olunacaq. EBRD-nin ayırdığı kredit həmçinin satışların gözlənilən artımı ilə əlaqədar şirkətin dövriyyə vəsaitinin maliyyələşdirilməsinə sərf ediləcək.

Bankın açıqlamasında deyilir ki, Azərbaycanda uğurlu şirkətlərin dəstəklənməsi EBRD-nin ölkə iqtisadiyyatının daha rəqabətli olmasını və şaxələndirilməsi səylərinin tərkib hissəsidir.

EBRD Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişaf etdirilməsi səylərinə dəstək göstərən aparıcı institusional investorlardan biridir. İndiyədək EBRD Azərbaycanda 168 layihəyə 3,3 mlrd avro investisiya qoyuluşu edib. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq firmanın öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.

Son xəbərlər

Orphus sistemi