EBRD: “Azərbaycanda KOB-ların kreditləşməsində iştirakımızı genişləndirməyə hazırıq”

EBRD: “Azərbaycanda KOB-ların kreditləşməsində iştirakımızı genişləndirməyə hazırıq” Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda ticarətin maliyyələşdirilməsi və mikro, kiçik və orta sahibkarlığın kreditləşməsindəki fəaliyyətini genişləndirməyə hazırdır.
Maliyyə
20 Yanvar , 2023 17:58
EBRD: “Azərbaycanda KOB-ların kreditləşməsində iştirakımızı genişləndirməyə hazırıq”

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda ticarətin maliyyələşdirilməsi və mikro, kiçik və orta sahibkarlığın kreditləşməsindəki fəaliyyətini genişləndirməyə hazırdır.

Bu barədə “Report”a müsahibəsində EBRD-nin siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman bildirib.

“Biz həmçinin ticarətin maliyyələşdirilməsi və mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi, xüsusən də KOB-ların rəqabət qabiliyyətinin, "yaşıl" maliyyənin, biznesdə qadınların və gənclərin məşğulluğunun dəstəklənməsi baxımından fəaliyyətimizi genişləndirməyə hazırıq. Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün hələ çox işlər görülməlidir”, - M.Bouman deyib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi