EBRD: “Azərbaycanda İT mütəxəssisləri bazasının yaradılması İKT sektoruna investisiya cəlb etməyə yardım göstərəcək”

EBRD: “Azərbaycanda İT mütəxəssisləri bazasının yaradılması İKT sektoruna investisiya cəlb etməyə yardım göstərəcək” “Azərbaycan şəhərlərində ixtisaslı İT mütəxəssisləri bazasının yaradılmasının dəstəklənməsi İKT sektoruna investisiyaların cəlb edilməsinə yardım göstərəcək və iş yerlərinin yaradılmasına, həmçinin ümumilikdə davamlı və inklüziv iqtisadi artıma töhfə verə
Maliyyə
7 Fevral , 2023 13:10
EBRD: “Azərbaycanda İT mütəxəssisləri bazasının yaradılması İKT sektoruna investisiya cəlb etməyə yardım göstərəcək”

“Azərbaycan şəhərlərində ixtisaslı İT mütəxəssisləri bazasının yaradılmasının dəstəklənməsi İKT sektoruna investisiyaların cəlb edilməsinə yardım göstərəcək və iş yerlərinin yaradılmasına, həmçinin ümumilikdə davamlı və inklüziv iqtisadi artıma töhfə verəcək”.

“Report” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Bakı ofisinin rəhbəri Kamola Mahmudova “IT Hub Azerbaijan” layihəsinin işə düşməsi ilə bağlı keçirilən tədbirdə deyib.

“Qlobal İKT şirkətlərində zəmanətli distant məşğulluq bölgələrdən olan gənclərin işçi qüvvəsinə daxil olmasını təmin edəcək və regionlar bu prosesin müsbət yan təsirlərindən faydalanacaq”, - o hesab edir.

Onun sözlərinə görə, “IT Hub” layihəsi ölkənin regionlarına investisiya cəlb etməyə və orada məşğulluq imkanları yaratmağa yardım edəcəyinə görə xüsusilə maraqlıdır: “Bu layihəyə tələbələr əsasən Gəncə və Naxçıvan Muxtar Respublikasından, həmçinin Sumqayıt, Lənkəran, Mingəçevir və Şirvandan cəlb ediləcəklər”.

Qeyd edək ki,  “IT Hub Azerbaijan” layihəsinə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), EBRD və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə start verilib.

K.Mahmudova EBRD-nin ivestisiya mühitinin yaxşılaşdırılmasında Azərbaycana dəstək vermək öhdəliyini bir daha vurğulayıb.

Bankın Bakı ofisin rəhbəri qeyd edib ki, EBRD əməkdaşlığa başlayandan bəri Azərbaycanda 157 layihəyə 3,6 milyard ABŞ dolları sərmayə qoyub və bunun 54 %-i özəl sektorun payına düşüb: “2022-ci il bizim üçün bir çox yeniliklərlə zəngin il olub: ilk dairəvi iqtisadiyyat layihəmizi maliyyələşdirdik, telekommunikasiya, media və texnologiya (TMT) sektoruna ilk sərmayə qoyduq və ölkədə ilk kommunal miqyaslı günəş elektrik stansiyasını birgə maliyyələşdirdik. Böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycana 86 milyon avro sərmayə qoyduq, həmçinin maliyyə və texniki təcrübəmizi inklüziv inkişafa və rəqəmsallaşmaya yönəltdik. Bu vəsaitlərin 71 %-i “yaşıl iqtisadiyyat”a istiqamətləndirilib. Tərəfdaşlarımıza göstərdikləri dəstəyə görə minnətdarıq, çünki bu, ölkədə həyata keçirdiyimiz layihələrin uğurlu olmasına zəmanət verir”.

Son xəbərlər

Orphus sistemi