EBRD Azərbaycanda da fəaliyyət göstərən enerji şirkətinə kredit ayırıb

Maliyyə
  • 06 aprel, 2023
  • 07:32
EBRD Azərbaycanda da fəaliyyət göstərən enerji şirkətinə kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Özbəkistanda bərpa olunan enerji istehsalına və aşağı karbonlu texnologiyalara 205 milyon ABŞ dolları kredit ayrıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, kredit Özbəkistanda ümumi quraşdırılmış gücü təxminən 900 MVt olan günəş elektrik stansiyasının tikintisini maliyyələşdirmək üçün nəzərdə tutulub və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinə ayrılıb. Maliyyə paketi 109 milyon ABŞ dollarına qədər olan A kreditlərindən, 18 milyon ABŞ dollarına qədər olan B kreditlərindən və 78 milyon ABŞ dollarına qədər olan 3 geri qayıdan investisiyadan ibarətdir.

"Masdar" Azərbaycanda da fəaliyyət göstərir, Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyası layihəsini icra edir. Bundan başqa, BƏƏ şirkəti 2025-ci ilə qədər Azərbaycanda 1 geqavat həcmində günəş, 2026-cı ilə qədər 1 geqavat həcmində külək enerjisi stansiyalarının tikintisini planlaşdırır.