EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 mln dollar kredit ayıracaq

EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 mln dollar kredit ayıracaq Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) yeni gəmilərin alınması ilə bağlı 60 milyon dollar dəyərində uzunmüddətli kredit ayıracaq.
Maliyyə
17 Fevral , 2023 18:44
EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 mln dollar kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) yeni gəmilərin alınması ilə bağlı 60 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayıracaq.

“Report” EBRD-yə istinadən xəbər verir ki, kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 26-na planlaşdırılıb.

Bildirilir ki, bu layihə səhmdar cəmiyyətə Xəzər dənizindən kənarda - beynəlxalq sularda kommersiya donanması əməliyyatlarını genişləndirməyə, regional əlaqə və ticarət münasibətlərinin inkişafı etdirməsinə dəstək verəcək.

"Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut istiqamətlərinin şaxələndirilməsi üçün əlavə gəmilərin alınması ilə rəqabətqabiliyyətliliyi yüksəltməyə, həmçinin şirkətin beynəlxalq sularda olan gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa imkan verəcək", - bankın məlumatında deyilir.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.

Son xəbərlər

Orphus sistemi