EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib
- 15 avqust, 2023
- 14:24
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 188 layihəyə ümumilikdə 3,484 milyard avro investisiya yatırıb.
“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.
Iyun ayında bankın açıqladığı göstəricilərə nisbətən, Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 104 milyon avro azalıb.
EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı dəyişməyərək 12 % təşkil edib.
Hazırda bankın Azərbaycan üzrə portfelində 31 aktiv layihə (3 vahid az) var. Bu layihələr üzrə portfel isə 787 milyon avro (26 milyon avro az), əməliyyat aktivləri 685 milyon avro (20 milyon avro az), kumulyativ ödənişləri isə 3,007 milyard avro (89 milyon avro az) təşkil edib.
Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 88 %-i və yaxud 692 milyon avrosu (22 milyon avro az) infrastruktur layihələrinin, 9 %-i və yaxud 67 milyon avrosu (3 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və yaxud 28 milyon avrosu (1 milyon avro az) isə maliyyə institutlarının payına düşüb.
EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.
Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.