EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 09 fevral, 2024
  • 05:51
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Bu il yanvarın 1-nə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda 189 layihəyə ümumilikdə 3,624 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Noyabrın 23-nə bankın açıqladığı göstəricilərə nisbətən, Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 127 milyon avro azalıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı dəyişməyərək 26% olub.

Hazırda bankın Azərbaycan üzrə portfelində 31 aktiv layihə (dəyişməyib) var. Bu layihələr üzrə portfel isə 897 milyon avro (51 milyon avro az), əməliyyat aktivləri 679 milyon avro (35 milyon avro az), kumulyativ ödənişləri isə 3,029 milyard avro (104 milyon avro az) təşkil edib.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 90 %-i və yaxud 809 milyon avrosu (46 milyon avro az) infrastruktur layihələrinin, 7 %-i və yaxud 62 milyon avrosu (4 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və yaxud 26 milyon avrosu (2 milyon avro az) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür.

Son xəbərlər

Bütün Xəbər Lenti