EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 05 aprel, 2022
  • 06:58
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 181 layihəyə ümumilikdə 3,355 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Bu ilin mart ayında açıqladığı göstəricilərə nisbətən EBRD Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 12 milyon avro azaldıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 12 %-dir.

Qeyd edək ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə portfelində 33 aktiv layihə var. Bu layihələr üzrə portfel isə 811 milyon avro (6 milyon avro az) təşkil edir.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 88 %-i və ya 717 milyon avrosu (4 milyon avro az) infrastruktur layihələrin, 9 %-i və ya 70 milyon avrosu (1 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və ya 24 milyon avro (dəyişməyib) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.