EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib
- 05 mart, 2022
- 05:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 181 layihəyə ümumilikdə 3,367 milyard avro investisiya yatırıb.
“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.
Bu ilin fevral ayında açıqladığı göstəricilərə nisbətən EBRD Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayını 1, investisiya portfelini isə 49 milyon avro artırıb.
EBRD-nin investisiya portfelində özəl sektorun payı 12 %-dir.
Qeyd edək ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə portfelində 33 aktiv layihə var. Bu layihələr üzrə portfel isə 817 milyon avro (12 milyon avro çox) təşkil edir.
Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 88 %-i və ya 721 milyon avrosu (10 milyon avro çox) infrastruktur layihələrin, 9 %-i və ya 71 milyon avrosu (1 milyon avro çox) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və ya 24 milyon avro (dəyişməyib) isə maliyyə institutlarının payına düşüb.
EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.