EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 28 aprel, 2023
  • 05:15
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 188 layihəyə ümumilikdə 3,53 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Bu il aprelin 12-nə Bankın açıqladığı göstəricilərə nisbətən, Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 80 milyon avro azalıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı dəyişməyərək 13 % olub.

Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 35 aktiv layihə (dəyişməyib) var. Bu layihələr üzrə portfel isə 844 milyon avro (21 milyon avro az), əməliyyat aktivləri 729 milyon avro (19 milyon avro az), kumulyativ ödənişləri isə 3,036 milyard avro (70 milyon avro az) təşkil edib.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 87 %-i və yaxud 730 milyon avrosu (18 milyon avro az) infrastruktur layihələrinin, 10 %-i və yaxud 85 milyon avrosu (2 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və yaxud 29 milyon avrosu (1 milyon avro az) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.

Son xəbərlər

Bütün Xəbər Lenti