EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 22 dekabr, 2022
  • 04:58
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 185 layihəyə ümumilikdə 3,656 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Bu il noyabrın 21-nə Bankın açıqladığı göstəricilərə nisbətən Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı 1 vahid artıb, investisiya portfeli isə 139 milyon avro azaldılıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 1 faiz bəndi artaraq 13 %-dən 14%ə çatıb.

Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 33 aktiv layihə (1 ədəd çox) var. Bu layihələr üzrə portfel isə 836 milyon avro (45 milyon avro az), əməliyyat aktivləri 752 milyon avro (38 milyon avro az), kumulyativ ödənişləri isə 3,160 milyard avro (120 milyon avro az) təşkil edib.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 89 %-i və ya 748 milyon avrosu (44 milyon avro az) infrastruktur layihələrin, 7 %-i və ya 58 milyon avrosu (1 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 4 %-i və ya 30 milyon avro (1 milyon avro az) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.