EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 21 oktyabr, 2022
  • 05:06
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 184 layihəyə ümumilikdə 3,856 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Bu il sentyabrın 23-nə Bankın açıqladığı göstəricilərə nisbətən Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı 1, investisiya portfeli 88 milyon avro artırılıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 13 %-dir.

Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 32 aktiv layihə (1 vahid çox) var. Bu layihələr üzrə portfel isə 913 milyon avro (29 milyon avro çox), əməliyyat aktivləri 818 milyon avro (19 milyon avro çox), kumulyativ ödənişləri isə 3,331 milyard avro (71 milyon avro çox) təşkil edib.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 90 %-i və ya 822 milyon avrosu (29 milyon avro çox) infrastruktur layihələrin, 6 %-i və ya 59 milyon avrosu (1 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 4 %-i və ya 32 milyon avro (1 milyon avro çox) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.