EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib
- 20 iyul, 2022
- 05:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 181 layihəyə ümumilikdə 3,513 milyard avro investisiya yatırıb.
“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.
Bu ilin iyun ayının sonuna EBRD açıqladığı göstəricilərə nisbətən Azərbaycanda bankın maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 31 milyon avro azalıb.
EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 12 %-dir.
Qeyd edək ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə portfelində 33 aktiv layihə (1 dənə az) var. Bu layihələr üzrə portfel isə 814 milyon avro (28 milyon avro az), əməliyyat aktivləri 741 milyon avro (14 milyon avro az), kumulyativ ödənişləri isə 3,037 (29 milyon avro az) təşkil edib.
Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 88 %-i və ya 716 milyon avrosu (26 milyon avro az) infrastruktur layihələrin, 8 %-i və ya 67 milyon avrosu (3 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 4 %-i və ya 31 milyon avro (dəyişməyib) isə maliyyə institutlarının payına düşüb.
EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.
Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.