EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib
- 20 iyun, 2022
- 09:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 181 layihəyə ümumilikdə 3,544 milyard avro investisiya yatırıb.
“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.
Bu ilin aprel ayının sonuna EBRD açıqladığı göstəricilərə nisbətən Azərbaycanda bankın maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 154 milyon avro artıb.
EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 12 %-dir.
Qeyd edək ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə portfelində 34 aktiv layihə (1 dənə çox) var. Bu layihələr üzrə portfel isə 842 milyon avro (19 milyon avro çox), əməliyyat aktivləri isə 755 milyon avro (30 milyon avro çox) təşkil edir. Kumulyativ ödənişləri isə 3,066 milyard avro təşkil edib.
Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 88 %-i və ya 742 milyon avrosu (18 milyon avro çox) infrastruktur layihələrin, 8 %-i və ya 70 milyon avrosu (1 milyon avro çox) sənaye, ticarət və aqrobiznesin, 4 %-i və ya 31 milyon avro (61 milyon avro çox) isə maliyyə institutlarının payına düşüb.
EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.