EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib
- 16 iyun, 2023
- 12:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 188 layihəyə ümumilikdə 3,588 milyard avro investisiya yatırıb.
“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.
Bu il aprelin 28-nə Bankın açıqladığı göstəricilərə nisbətən, Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 58 milyon avro artıb.
EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 1 faiz bəndi azalaraq 12 %-ə enib.
Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 34 aktiv layihə (1 vahid az) var. Bu layihələr üzrə portfel isə 813 milyon avro (31 milyon avro az), əməliyyat aktivləri 705 milyon avro (24 milyon avro az), kumulyativ ödənişləri isə 3,096 milyard avro (60 milyon avro çox) təşkil edib.
Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 88 %-i və yaxud 714 milyon avrosu (16 milyon avro az) infrastruktur layihələrinin, 9 %-i və yaxud 70 milyon avrosu (15 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və yaxud 29 milyon avrosu (dəyişməyib) isə maliyyə institutlarının payına düşüb.
EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.
Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.