EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 02 fevral, 2022
  • 06:28
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 180 layihəyə ümumilikdə 3,318 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Bu ilin yanvar ayında açıqladığı göstəricilərə nisbətən EBRD Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayını 2, investisiya portfelini isə 13 milyon avro artırıb.

EBRD-nin investisiya portfelində özəl sektorun payı 12 %-dir.

Qeyd edək ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə portfelində 34 aktiv layihə var. Bu layihələr üzrə portfel isə 805 milyon avro (4 milyon avro çox) təşkil edir.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 88,3 %-i və ya 711 milyon avrosu (2 milyon avro çox) infrastruktur layihələrin, 8,7 %-i və ya 70 milyon avrosu (3 milyon avro çox) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və ya 24 milyon avro (4 milyon avro çox) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Xatırladaq ki, EBRD-inin Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı yenidən artaraq 2015-2017-ci illərdəki (hər il 9 layihə) göstəriciyə yaxınlaşıb.

44 - Tezliklə