EBRD Azərbaycan bankına 15 milyon avro vəsait ayırır

Maliyyə
  • 10 sentyabr, 2024
  • 06:25
EBRD Azərbaycan bankına 15 milyon avro vəsait ayırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və "Access Bank" QSC arasında yerli şirkətlər üçün kredit riskinin bölüşdürülməsi məqsədi ilə 15 milyon avro dəyərində kredit sazişi imzalanıb.

“Report” xəbər verir ki, bununla EBRD Azərbaycandakı kiçik və orta müəssisələr (KOB) üçün Risk Bölgüsü Mexanizmini (RSF) yenidən işə salıb.

Gözlənilir ki, EBRD fərdi kreditlər üzrə riskin 50 %-ə qədərini bölüşəcək. Bu da öz növbəsində “Access Bank”a maliyyələşdirməyə başqa cür çıxışı olmayan və əksəriyyəti kiçik bizneslər olan şirkətlərə krediti artırmağa imkan verəcək.

Bundan əlavə, bu vəsait “Access Bank”a maliyyələşdirmə mənbələrini şaxələndirməyə, balans hesabatının ödəmə profilini yaxşılaşdırmağa və yerli bank sektorunun daha böyük üzvləri ilə rəqabət aparmağa imkan verəcək.

“Access Bank”ın baş qərargahında keçirilən imzalanma mərasimində EBRD-nin Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elisabetta Falcetti iştirak edib.
O, bildirib ki, Azərbaycan bizneslərinin maliyyələşdirilməsini artırmaqla yanaşı, bu saziş “Access Bank”a ölkə daxilində KOB-un səmərəli maliyyələşdirilməsi üçün yeni maliyyələşdirmə üsulları və nou-hau əldə etməyə imkan verəcək.

“Access Bank”ın İdarə Heyətinin sədri David Tsiklauri deyib: "EBRD Azərbaycanda RSF proqramını “Access Bank” ilə yenidən işə salıb. Bu bizə KOB-ların maliyyələşdirmə imkanlarını genişləndirməyə imkan verəcək və bununla da sahibkarlığın artmasına və Azərbaycanın ümumi iqtisadi inkişafına töhfə vermiş olacaq”.

RSF EBRD regionlarında özəl sektorun böyüməsinə və inkişafına həsr olunmuş Kiçik Biznes Təşəbbüsü daxilində strateji çərçivədir. RSF Banka dövriyyə kapitalına ehtiyacı olan uyğun müəssisələrə tərəfdaş bankların ayırdığı kreditlər üzrə riski bölüşdürmək imkanı verir, bu da öz növbəsində KOB-ların böyüməsinə və daha rəqabətli olmasına kömək edir.

Bu günə qədər EBRD 42 yerli maliyyə institutu ilə əməkdaşlıq edərək, kiçik və orta müəssisələrə ümumi dəyəri 1,07 milyard avrodan çox olan 425-dən çox RSF sub-kreditinin verilməsini asanlaşdırıb.

“Access Bank” Azərbaycanın KOB-larını dəstəkləmək üzrə ixtisaslaşan və 2002-ci ildən onlara sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır.
EBRD Azərbaycanda ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə ayırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti