​“Dəmirbank” müştərilərə yeni plastik kartını təqdim edib

​“Dəmirbank” müştərilərə yeni plastik kartını təqdim edib Azərbaycanın “Dəmirbank” ASC ölkə daxilində və 200-dək ölkədə ticarət və xidmət mərkəzlərində, internetdə və bankomatla
Maliyyə
3 Oktyabr , 2014 17:30
​“Dəmirbank” müştərilərə yeni plastik kartını təqdim edib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Dəmirbank” ASC ölkə daxilində və 200-dək ölkədə ticarət və xidmət mərkəzlərində, internetdə və bankomatlarda istifadə imkanı verən “DəmirTaksit” kartlarını pulsuz təqdim edir. Bu barədə “Report”a bankın baş ofisindən məlumat verilib.

Kart vasitəsilə balansdakı məbləği istənilən zaman nağdlaşdırmaq mümkündür. Kart heç bir tərəfdaş şəbəkəsindən asılı deyil və bu da kart sahiblərinə POS-terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir.

“DəmirTaksit” sahibləri olanlar üçün üstünlüklərdən biri də odur ki, kartdan istifadə zamanı ödənilən məbləği 1, 3, 6 və 12 aya bölərək hissələrlə ödəmək imkanı əldə edilir. Digər bir üstünlük isə müştərinin “DəmirBank”dan əldə etdiyi “DəmirTaksit” kartlarının avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulmasıdır. Bu xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir.

Kartı əldə etmək üçün minimal aylıq xalis gəlir tələbi 100 manatdır və təminat tələb olunmur.

Qeyd edək ki, ölkənin ilk kommersiya banklarından olan “Dəmirbank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. "DəmirBank" ASC "Fitch Ratings" agentliyinin “stabil” proqnozlu “B” və "Planet Rating" agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Son xəbərlər

Orphus sistemi