Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu günə 31 rezident statusu almış sahibkarlıq subyekti bütün vergi güzəştlərindən istifadə edirlər.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib.
Onun sözlərinə görə, onlar əmlak, torpaq, mənfəət, fiziki şəxslərə münasibətdə gəlir vergisindən, sadələşdirilmiş vergidən, dividendlərə görə vergidən azad ediliblər: "Hətta idxal edilən texnikalar, texnoloji qurğular ƏDV-dən azad edilməsi, idxal məqsədli texnika, xammal və materiallara görə gömrük rüsumundan azad edilməsi də önəmli məsələdir".
Ə. Məmmədov qeyd edib ki, hazırda məcburi dövlət sosial sığorta üzrə ödənişlərin subsidiyalaşması prosesi gedi və artıq rezidentlər bu imkanlardan istifadə edirlər.