Dünyanın iri "mining-pool"u sındırılaraq külli miqdarda bitkoin oğurlanıb

Dünyanın iri "mining-pool"u sındırılaraq külli miqdarda bitkoin oğurlanıb Bakı. 7 dekabr. REPORT.AZ/ Xakerlər NiceHash mining meydançasından istifadə edən cüzdanları sındıraraq 60 mln. dollara yaxın vəsaiti oğurlayıb və özlərinə aid bir cüzdana yönləndiriblər.
Maliyyə
7 Dekabr , 2017 20:53
Dünyanın iri mining-poolu sındırılaraq külli miqdarda bitkoin oğurlanıb
George Frey/Getty Images

Bakı. 7 dekabr. REPORT.AZ/ Xakerlər "NiceHash" "mining" meydançasından istifadə edən cüzdanları sındıraraq 60 mln. dollara yaxın vəsaiti oğurlayıb və özlərinə aid bir cüzdana yönləndiriblər.

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə xidmətdən istifadə edənlər xəbər verib və Şirkət faktı təsdiqləyib.

Qeyd edək ki, "mining-pool" kriptovalyuta sahiblərinin öz aktivlərini alıb-satdığı və saxladığı yerlərə deyilir.

Məlumata görə, "NiceHash"ın saytı bir neçə saat əvvəl texniki baxış üçün dayandırılıb. Burada saxlanılan cari qiymətlərlə 61 mln. dollar təşkil edən 4 736 bitkoin isə başqa hesaba köçürülərək oğurlanıb.

Şirkətdən rəsmi açıqlamada bildirilib ki, təhlükəsizlik qaydaları pozulub və baş verən hadisə araşdırılmağa başlanılıb. Şirkət rəhbərliyi istifadəçilərindən səbirli və təmkinli olmalarını xahiş edib.

Sloveniyanın "Zurnal24" portalı hadisəni araşdırıb və nəticədə məlum olub ki, "NiceHash"ın 55%-i "H-Bit" şirkətinə aiddir. Onun sahibi isə Martin Şkorjans adlı şəxsdir. Bu şəxsin atası Matyaj Şkorjans isə ABŞ Federal Tədqiqat Bürosu (FBI) tərəfindən 2013-cü ildə kiber cinayət maddəsi ilə həbs edilib. 

Son xəbərlər

Orphus sistemi