Dünyanın ən zəngin insanının hesabı "hack" olunub

Dünyanın ən zəngin insanının hesabı "hack" olunub Səudiyyə Ərəbistanın vələhd şahzadəsi Muhammed bin Salmanın “WhatsApp” hesabından göndərilən video mesaj vasitəsi ilə ABŞ-ın onlayn alış-veriş platforması “Amazon”un və “Washington Post” qəzetinin sahibi dünyanın ən zəngin insanı Jeff Bezosun mobil telefonu haker hücumuna məruz qalıb.
Maliyyə
119
22 Yanvar , 2020 12:01
Dünyanın ən zəngin insanının hesabı hack olunub

Səudiyyə Ərəbistanın vələhd şahzadəsi Muhammed bin Salmanın “WhatsApp” hesabından göndərilən video mesaj vasitəsi ilə ABŞ-ın onlayn alış-veriş platforması “Amazon”un və “Washington Post” qəzetinin sahibi dünyanın ən zəngin insanı Jeff Bezosun mobil telefonu haker hücumuna məruz qalıb.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, mütəxəsislər bin Salmanın telefonundan göndərilən mesajda “böyük ehtimalla” zərərli olan kodlar aşkarlayıb.

Məlumata görə, 2018-ci ilin mayın 1-də göndərilən mesajdan sonra Bezosun hesabından genişmiqyaslı məlumatların oğurlandığını qeyd edib.

Haker hücumundan 9 ay sonra isə ABŞ-ın bulvar qəzeti "Milli Enquirerda"(National Enquirer) J.Bezosun şəxsi həyatına aid məlumatların çap olunmağa başlandığı vurğulanıb.

Qeyd edək ki, “National Enquirer” qəzetinin sahibi ilə şahzadə arasında yaxın münasibətlər var.

Son xəbərlər

Orphus sistemi