Dünyanın aparıcı mərkəzi bankları kriptovalyutaları araşdırmaq üçün birgə komissiya yaradıb

Dünyanın aparıcı mərkəzi bankları kriptovalyutaları araşdırmaq üçün birgə komissiya yaradıb Beynəlxalq Ödənişlər Bankı (BIS) və dünyanın aparıcı mərkəzi bankları kriptovalyutaların beynəlxalq bazarlardakı vəziyyətini qiymətləndirmək üçün birgə komissiya yaradıb.
Maliyyə
22 Yanvar , 2020 10:37
Dünyanın aparıcı mərkəzi bankları kriptovalyutaları araşdırmaq üçün birgə komissiya yaradıb

Beynəlxalq Ödənişlər Bankı (BIS) və dünyanın aparıcı mərkəzi bankları kriptovalyutaların beynəlxalq bazarlardakı vəziyyətini qiymətləndirmək üçün birgə komissiya yaradıb.

“Report” xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (ECB) açıqlamasında bildirilib.

Məlumata görə, kriptovalyutaları araşdırmaq üçün qurulan komissiyada Kanada, İngiltərə, Yaponiya, Avropa, İsveçrə Mərkəzi bankları, Riksbank və Beynəlxalq Ödənişlər Bankı yer alıb.

Qeyd edək ki, mərkəzi banklar kriptovalyutaların istifadə nümunələrini, iqtisadi, funksional və texniki dizayn variantlarını, bu sahədə beynəlxalq əməkdaşlığı və yeni texnologiyaları haqqında məlumat toplayacaq.

Son xəbərlər

Orphus sistemi