Dünya üzrə ÜDM-in artımına dair proqnoz yeniləndi

Dünya üzrə ÜDM-in artımına dair proqnoz yeniləndi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu il dünya ÜDM-sinin artımına dair proqnozunu mart ayındakı 5,6 faizinə qarşı 5,8 faizədək artırıb
Maliyyə
31 May , 2021 14:12
Dünya üzrə ÜDM-in artımına dair proqnoz yeniləndi

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu il dünya üzrə ÜDM-in artımına dair proqnozunu mart ayındakı 5,6 faizinə qarşı 5,8 faizədək artırıb.

“Report” xəbər verir ki, təşkilatın hesabatına görə 2022-ci ildə isə 4 faizə qarşı 4,4 faizlik artım gözlənilir. Bütövlükdə gələn ilin sonunadək dünyanın əksər hissəsində pandemiyadan əvvəlki səviyyəyə çatmaq mümkün olacağı bildirilir.

O cümlədən avrozonada bu il ÜDM artımına dair proqnoz dekabr ayındakı 3,6, mart ayındakı 3,9 faizə qarşı 4,3 faiz, gələn il isə dekabr ayında 3,3, mart ayındakı 3,8 faizə qarşı 4,4 faiz həcmində nəzərdə tutulur. Çində bu il ÜDM artımına dair proqnoz mart ayındakı 7,8 faizə qarşı 8,5 faiz, gələn il də 4,9 faizə qarşı 5,8 faizədək artırılıb.

Təşkilatın hesabatına görə 2020-ci ildə avrozonada ÜDM mart dəyərləndirilməsindəki 6,8 faizə qarşı 6,7 faiz, Çində isə 2,3 faiz artıb.

Son xəbərlər

Orphus sistemi